Azərbaycan Kuboku: “Xəzri” “Sumqayıt”a qalib gəlib

Tokio, 27 fevral , /AJMEDIA/

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib.

AJMEDIA xəbər verir ki, günün ilk oyununda “Xəzri” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən A qrupunun görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 105:81.

Ən məhsuldar basketbolçular “Xəzri”dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (29 xal, 9 ribaund) olub.

Günün digər matçında “Cəlilabad” eyni məkanda “Xırdalan”ı qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts