Azərbaycan ilə Tacikistan arasında maliyyə-bank sektorunun inkişaf məsələləri müzakirə olunub

Tokio, 28 fevral , /AJMEDIA/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb.
AJMEDIA xəbər verir ki, bu barədə AMB sədri məlumat verib.
“Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşdük. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərini müzakirə etdik. Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi apardıq”, – deyə T.Kazımov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts