Azərbaycan cüdoçuları MDB Oyunlarında ilk günü 5 medalla başa vurublar

Tokio, 6 avqust , /AJMEDIA/

Belarusun ev sahibliyi etdiyi II MDB Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları yarışın ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıblar.
AJMEDIA xəbər verir ki, oğlanlardan 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov, 55 kiloqramda Ayxan Mirzəzadə və 66 kiloqramda Cəsur İbadlı bütün görüşlərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Qızların yarışında isə 40 kiloqram çəki dərəcəsində Xədicə Abdullayeva və 52 kiloqramda Aytən Verdiyeva bürünc medal əldə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts