Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə də medal qazana bilməyiblər

Tokio, 2 mart , /AJMEDIA/

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar.

AJMEDIA xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın dörd üzvü mükafatçılar sırasına düşə bilməyib.

Ömər Rəcəbli (81 kiloqram) üçüncü yer uğrunda görüşdə ukraynalı Mixaylo Svidraka uduzub. Bu gün mübarizəyə qoşulan millinin digər üzvləri – İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) da uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, Azərbaycan yığması yarışın ilk günündə də fəxri kürsüdən kənarda qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts