Azərbaycan boksçusu Avropa Oyunlarını bürünc medalla başa vurub

Tokio, 30 iyun , /AJMEDIA/

Murad Allahverdiyev Avropa Oyunlarında bürünc medal qazanıb.

AJMEDIA xəbər verir ki, Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançımız finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) üz-üzə gəlib.

Ardıcıl olaraq Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran M.Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts