“Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Tokio, 30 may , /AJMEDIA/

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AJMEDIA xəbər verir ki, Bundesliqa təmsilçisi İsveç millisinin və “Malmö”nün gənc yarımmüdafiəçisi Huqo Larssonu transfer edib.
Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. On səkkiz yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb.
“Malmö”nün yetirməsi olan Larsson bu klubun əsas komandasında 59 oyuna 2 qol vurub. O, İsveç millisində də 1 oyun keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts