Avropa Oyunları: Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib

Tokio, 30 iyun , /AJMEDIA/

Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
AJMEDIA xəbər verir ki, Azərbaycan 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.
İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.
İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts