“Audi” Formula 1-də iştirakı ilə bağlı bəyanat yayıb

Tokio, 9 aprel , /AJMEDIA/

2026-cı ildən Formula 1-də debüt etməyi planlaşdıran “Audi” şirkəti bəyanat yayıb. Almaniya konserni hazırda Beynəlxalq Avtomobil Federasiyası ilə danışıqlar apardığını bildirib. Amma şirkət hazırda heç bir qərar qəbul etmədiklərini də diqqətə çatdırıb.

AJMEDIA xəbər verir ki, Almaniya mətbuatı “Audi”nin “Maklaren”lə danışıqlarının uğursuz nəticələnməsi ilə bağlı məlumat yayıb. Belə ki, Böyük Britaniya komandası mühərriklərinin “Audi” tərəfindən hazırlanması ilə müzakirələr aparırdı. Amma Almaniya şirkəti “Zauber”lə əməkdaşlıq etməkdə maraqlıdır. “Audi”nin xidmətində “Aston Martin”in də maraqlı olması ilə bağlı xəbərlər də dolaşır.

2026-cı ildə “Honda”nın yenidən Formula 1-ə qayıtmaq istəməsi ilə bağlı məlumatlar da gündəmi zəbt edib. Məsələ ondadır ki, Yaponiya şirkəti Formula 1-də reqlamentin dəyişməsindən sonra bu yarışlarda öz brendini növbəti dəfə reklam etməkdə maraqlıdır.

“Honda” ötən mövsüm başa çatan kimi Formula 1-lə əməkdaşlığı dayandırıb. Bunadək Yaponiya avtokonserni xüsusi olaraq “Red Bull” üçün mühərriklər hazırlayırdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts