Atıcılıq üzrə Azərbaycan Kubokuna start veriləcək

Tokio, 3 aprel , /AJMEDIA/

Bu gün stend və güllə atıcılığı üzrə Azərbaycan Kuboku start götürəcək.

Azərbaycan Atıcılıq Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, Bakı Atıcılıq Kompleksində keçiriləcək yarışda ölkədə fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətləri təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.

Kişilər, qadınlar, oğlanlar, qızlar arasında stend atıcılığının dairəvi və səngər növləri, tapançadan 25 və 50 metr məsafəyə, pnevmatik tapançadan / tüfəngdən 10 metr və 50 metr məsafəyə atəş açma, eləcə də qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışlar aprelin 6-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts