Asiya Kuboku: Yaponiya millisi 1/4 finala vəsiqə qazanıb

Tokio, 31 yanvar , /AJMEDIA/

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

AJMEDIA xəbər verir ki, 1/4 finala vəsiqə uğrunda Bəhreyn və Yaponiya yığmaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən gündoğar ölkə təmsilçisi adını növbəti raunda yazdırıb.

1/8 finalın son oyununda isə İran ilə Suriya seçmələri qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan və Cənubi Koreya milliləri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts