Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib

Tokio, 7 Noyabr, /AJMEDIA/

Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən səfir Rəşad Aslanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizin bu il ildönümünün qeyd olunduğunu bildirərək, bu əlamətdar günün Azərbaycan xalqı və dövləti üçün tarixi əhəmiyyəti haqqında məlumat verib.
R.Aslanov Azərbaycanın 30 ilə yaxın davam edən, ərazilərimizin Ermənistan tərəfindən işğalı və 1 milyona yaxın azərbaycanlının öz yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən münaqişənin sülh yolu ilə həll olunmasına çalışdığını, lakin Ermənistanın danışıqlar prosesində sərgilədiyi qeyri-konstruktiv mövqeyinin, cəzasızlığının və yekunda yeni ərazi iddiaları ilə çıxış etməsinin bu prosesə tamamilə zərbə vurduğunu vurğulayıb.
Diplomat Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladığını və bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqının səfərbər və həmrəy olduğunu əlavə edib. 44 günlük hərbi əməliyyatlar zamanı müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini bildirən R.Aslanov xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılmasının müharibənin gedişatında həlledici rol oynadığını və Ermənistanın məğlubiyyətini etiraf etməsi və kapitulyasıyası ilə nəticələndiyini deyib.
R.Aslanov Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində qazanılmış Qələbənin regionda yeni reallıqlar yaratdığını və hərtərəfli inkişaf, rifah və dayanıqlı sülh və sabitlik üçün əlverişli şəraitin formalaşdırdığını bildirərək, Azərbaycanın münaqişəsonrası gündəliyi və sülh prosesi üzrə baxışları barəsində məlumat verib.
Sonda tədbir iştirakçılarına “Biz” filmi təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts