Argentina və Avstraliya yığmaları Pekində yoldaşlıq oyunu oynayacaq

Tokio, 24 may , /AJMEDIA/

Futbol üzrə sonuncu dünya çempionu Argentina yığması iyunun 15-də Pekində Avstraliya ilə yoldaşlıq oyunu oynayacaq.
AJMEDIA xəbər verir ki, Argentinanın Çindəki səfirliyinin açıqlamasına əsasən, üçqat dünya çempionu Pekinə Lionel Messinin liderliyi ilə qatılacaq.
Çin mediası yazır ki, bu, futbol ulduzu Lionel Messinin Çinə 7-ci səfəri olacaq. O, sonuncu dəfə altı il bundan əvvəl Çində olub. Hazırda Fransanın PSJ klubunda çıxış edən L.Messinin Çinə hər səfəri futbolsevərlərin böyük marağına səbəb olur.
O, həm Argentina millisinin, həm də əvvəllər formasını geyindiyi “Barselona”nın heyətində Çində bir neçə dəfə yoldaşlıq oyunu keçirib.
Qeyd edək ki, Argentina və Avstraliya komandaları sonuncu dəfə ötən il Qətərdəki dünya çempionatının 1/16 mərhələsində qarşılaşıb. Həmin oyun Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts