AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Tokio, 21 may , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, Salidə Şərifova bu ada elm sahəsindəki xidmətlərinə, elmin inkişafındakı fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvləri sırasında akademiklər Xoşbəxt Yusifzadə, Cəmil Əliyev, Əhliman Əmiraslanov, Akif Əlizadə, Əzizağa Şahverdiyev və digər tanınmış Azərbaycan ziyalıları var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts