AMEA-nın prezidenti: Dövlət Proqramı Böyük Qayıdışın mükəmməl yol xəritəsidir

Tokio, 18 noyabr , /AJMEDIA/

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı möhtərəm tarixi Zəfərə imza atmış Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü şəraitində Qarabağın yenidən qurulması sahəsində apardığı məqsədyönlü siyasətin strategiyası və taktikasını özündə əks etdirən möhtəşəm dövlət proqramıdır. Bu, XXI əsrdə azad Qarabağın mükəmməl yol xəritəsidir.
AJMEDIA xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib. Akademik İsa Həbibbəyli deyib: “Dövlət Proqramı Böyük Qayıdışın manifestidir. Bu, Qarabağın və Şərqi Zəngəzurun yaxın və uzaq gələcəyini əyani şəkildə təsəvvür etməyə imkan yaradan böyük bələdçidir. İqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Dövlət Proqramı siyasi-ideoloji cəhətdən əsaslandırılmış sənəddir. Bunu da qeyd etmək lazım bilirəm ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın müddəaları həm də ciddi elmi əsaslara malikdir. Hesab edirəm ki, təqdim edilən Dövlət Proqramı Azərbaycanın müstəqillik tarixinə İlham Əliyev proqramı kimi daxil olur. Heç şübhə yoxdur ki, Prezidentimizin rəhbərliyi ilə indiyədək dövlət səviyyəsində imzalanmış digər dövlət proqramları kimi bu Dövlət Proqramı da vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan Dövlət Proqramının həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifələri məsuliyyətlə həyata keçirəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts