Ağcabədidə keçirilən şahmat turnirində 14-29 yaş arası idmançılar mübarizə aparıblar

Tokio, 14 avqust , /AJMEDIA/

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan maraq və həvəsini nəzərə alaraq 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə şahmat turniri təşkil edib.
AJMEDIA xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev və Şahmat məktəbinin müəllimi Pərviz Nəcəfov çıxış edərək gəncləri 12 Avqust – Beynəlxalq gənclər günü münasibətilə təbrik edib, gənclərə turnirdə uğurlar arzulayıblar.
Ağcabədi şahmat məktəbində keçirilən turnir ümumilikdə 6-turdan ibarət olub. 14-29 yaş aralığında şahmatçıların iştirak etdiyi turnirdə Elcan Kərimli birinci, Xəzər Hüseynov ikinci, Nail Rüstəmzadə üçüncü yerə layiq görülüb.
Qalib gənclərə hədiyyələr təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts