ABŞ mediasında Ermənistanın Cenevrə Konvensiyasını kobudcasına pozduğundan bəhs olunub

Tokio, 10 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, ABŞ mediasında Ermənistanın Cenevrə Konvensiyasını kobudcasına pozduğundan bəhs olunub
ABŞ-ın https://texas.statenews.net xəbər portalında “2020-ci il 10 noyabr tarixli sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın iki Azərbaycan əsgərinə qarşı növbəti cinayəti” sərlövhəli məlumat yayımlanıb.

Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin mətbuat xidmətinin yaydığı bəyanata istinadən verilən məlumatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib, hərbçilərimizin qeyri-insani rəftara və işgəncələrə məruz qaldıqlarına diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatlarda fəal iştirak etməyən şəxslərlə həmişə humanist rəftar edilməli, hərbi əsirlər zorakılıq və hədə-qorxu aktlarından qorunmalıdır: “Təəssüf ki, Ermənistan bütün insani standartlara məhəl qoymamaqda və qeyri-insani əməllərini ört-basdır etmək üçün dezinformasiya yaymaqda davam edir. Beynəlxalq birlik isə erməni diasporunun dünyadakı güclü təsirinə görə Ermənistanın cinayətlərinə göz yumur”.

Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin müvafiq beynəlxalq təşkilatlardan bu zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdiyi vurğulanıb: “Biz dünya ictimaiyyətini bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyə çağırırıq”.

Qeyd edək ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzovdur.

Məlumatı aşağıdakı linkdən oxumaq mümkündür:

https://texas.statenews.net/newsr/18688

Follow us on social

Facebook Twitter Youtube

Related Posts