Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə Avropa çempionatına start verilir

Tokio, 16 oktyabr, /AJMEDIA/

Bu gün Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə Avropa çempionatına start veriləcək.

AJMEDIA xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnir saat 16:30-da başlayacaq.

Yarışda 14 ölkədən 46 komanda 3 alət üzrə bacarığını nümayiş etdirəcək. Komandalarda 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançı “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində gücünü yoxlayacaq.

Ev sahibi Azərbaycanla yanaşı, Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç və İsveçin iştirak edəcəyi Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.

Qeyd edək ki, “TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts