Türkiyə mediası Azərbaycanın kamandan oxatanının Paris Olimpiadasında çıxışını geniş işıqlandırır

Tokio, 31 iyul , /AJMEDIA/

Türkiyənin aparıcı idman nəşrləri Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanovanın “Paris-2024” Olimpiya Oyunlarında çıxışını geniş işıqlandırır.

AJMEDIA xəbər verir ki, qardaş ölkənin media orqanları diqqəti azərbaycanlı idmançının kamandan oxatma üzrə Olimpiya yarışlarında uğurlu debütünə çəkib.

İdman jurnalistləri qeyd edirlər ki, dünyanın bir çox ölkələrindən olan azarkeşlər yeddiaylıq hamilə olmasına rəğmən Olimpiadada iştirak edən idmançı qadının çıxışını alqışlarla qarşılayırlar.

İdman mediası məşqçi Natiq Fazilovun sözlərini sitat gətirir. O qeyd edib ki, azərbaycanlı kamandan oxatanın çıxışı zamanı Ramazanovanın özündən daha çox həyəcan keçirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts