Tokio, 22 iyun , /AJMEDIA/
Tatarıstanın paytaxtı Kazan şəhərində “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunları davam edir.
AJMEDIA xəbər verir ki, koreş idman növü üzrə idmançılarımızdan Ariz Hüseynov (60 kiloqram) və Mehdi Həciyev (80 kiloqram) gümüş, Abdulla Şərif (90 kiloqram) və Cəsur Mehdiyev (70 kiloqram) isə bürünc medal qazanıblar.
Cüdoçularımızdan Südabə Ağayeva (70 kiloqram), Hüseyn Allahyarov (60 kiloqram) və Rəşad Yelkiyev (66 kiloqram) bürünc medala sahib olublar.
Qılıncoynatmanın sablya növü üzrə qadın idmançılarımız komanda hesabında bürünc medal qazanıblar.