Azərbaycanda bilyard üzrə dünya çempionatı keçirilə bilər

Tokio, 16 yanvar , /AJMEDIA/

Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edə bilər.

Bu barədə AJMEDIA-ya eksklüziv müsahibəsində Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yarışın bu il və ya 2025-ci ildə təşkil olunması planlaşdırılır: “Amma ortada hələ dəqiq bir şey yoxdur. Sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, lakin inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik”.

Seymur Məmmədovun müsahibəsini yanvarın 17-də AZƏRTAC-da oxuya bilərsiniz.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts