Türkiyə Superliqasında oynayan azərbaycanlı futbolçuların transfer qiyməti dəyişməyib

Tokio, 27 sentyabr , /AJMEDIA/

Dünyaca məşhur “transfermarkt” portalı Türkiyə Superliqasında çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib.

AJMEDIA xəbər verir ki, qardaş ölkə çempionatında oynayan Azərbaycan millisinin üzvləri Renat Dadaşovla Şahruddin Məhəmmədəliyevin qiymətində dəyişiklik olmayıb.

İsveçrənin “Qrasshopper” klubundan birillik icarə əsasında “Hatayspor”a keçən hücumçu R.Dadaşovun transfer dəyəri 1 200 000 avro təşkil edir. “Qarabağ”dan “Adana Demirspor”a transfer olunan qapıçı Ş.Məhəmmədəliyevin qiyməti isə 800 000 avrodur.

Qeyd edək ki, hər iki futbolçu artıq öz klublarında rəsmi debüt edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts