Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Tokio, 22 sentyabr , /AJMEDIA/

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

AJMEDIA xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Arif Niftullayev (97 kiloqram) rəqibləri ilə üz-üzə gələcəklər.

60 kiloqram

1/16 final

Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kiloqram

1/8 final

Ülvü Qənizadə – Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kiloqram

1/16 final

Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Bu gün həmçinin üç yunan-Roma güləşçimizin qızıl medal qazanmaq şansı var. Eldəniz Əzizli (55 kiloqram) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kiloqram) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kiloqram) isə qırğızıstanlı Akjol Mahmudov ilə xalça üzərinə çıxacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts