Azərbaycan Kubokunun son qalibi bütün basketbolçuları ilə yollarını ayırıb

Tokio, 17 avqust , /AJMEDIA/

“Gəncə” basketbol komandası bütün oyunçuları ilə vidalaşıb.
Klubdan AJMEDIA-ya verilən məlumata görə, 2022/2023 mövsümündə qərb təmsilçisinin formasını geyinmiş doqquz basketbolçu ilə yollar ayrılıb.
Bunlar Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev, Amil Həmzəyev , Kollin Törner, Cared Smoul, Cordan Endryus və Calen Qeddidir.
Qeyd edək ki, “Gəncə” klubu ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medallarını və ölkə kubokunu qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts