“Qarabağ” klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

Tokio, 12 iyul , /AJMEDIA/

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Linkoln” – “Qarabağ” matçı başa çatıb.
AJMEDIA xəbər verir ki, “Viktoriya” stadionunda keçirilən matçda “Qarabağ” komandası 2:1 hesablı qələbə qazanıb.
Latviyalı FIFA referisi Vitali Spasennikovun idarə etdiyi oyunda “Linkoln”un heyətində Kike Qomes fərqlənib. Ağdam təmsilçisinin qollarını Redon Cica və Yassin Benzia vurublar.
Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi ikinci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts