Fərid Ağamoğlanov: Finalda italiyalı idmançıdan güclü olduğumu sübut etdim

Tokio, 2 iyul , /AJMEDIA/

Finalda italiyalı idmançıdan güclü olduğumu sübut etdim. Avropa çempionatında hakimlər qələbəni ona vermişdilər və mən finalda məğlub olmuşdum.
Bunu AJMEDIA-ya müsahibəsində Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanmış kikboksçumuz Fərid Ağamoğlanov deyib.
Yarışa uzun müddət hazırlaşdığını söyləyən F.Ağamoğlanov bildirib ki, italiyalı rəqibimlə görüşü xüsusi gözləyirdim. Sevinirəm ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qalib ölkənin əsgəri kimi, bu gün də qələbə qazandım və bayrağımızı yüksəklərə qaldırdım.
“Azərbaycanlı idmansevərlərə təşəkkürlərimi bildirirəm. Qələbə və azarkeşlərin dəstəyi sayəsində möhtəşəm təəssüratlarım var. Hər kəsi, bütün Azərbaycan xalqını təbrik edirəm”, – deyə Avropa Oyunlarının qalibi əlavə edib.
Qeyd edək ki, full kontakt növündə 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontanaya qalib gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts