Əmanətlərin 56,4 faizi milli valyutada qoyulub

Tokio, 25 Noyabr, /AJMEDIA/

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği sentyabr ayı ərzində 279 milyon manat artaraq 8838,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, əmanətlərin 56,4 faizi milli, 43,6 faizi isə xarici valyutada qoyulub.

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,97 (2,03) manata, 100 türk lirəsinə 18,49 (20,87) manata, 100 rus rubluna 2,38 (2,31) manata bərabər olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts