Ədəbiyyatşünas alimlər Beynəlxalq Türk Akademiyasının medalları ilə təltif olunublar

Tokio, 2 iyun , /AJMEDIA/

Bakıda üç gün davam edən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində ictimai-siyasi xadimlər, şair və yazıçılarla yanaşı, AMEA-nın ədəbiyyatşünas alimləri də mükafatlandırılıblar.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının (BTA) təsis etdiyi Əlişir Nəvai qızıl medalı ilə təltif olunub. Tanınmış türkoloq alimlər – AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi və AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov isə Beynəlxalq Türk Akademiyasının gümüş medalı ilə təltif olunublar.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Darxan Kıdırəlinin imzaladığı təltif sertifikatlarını və medalları AMEA-nın alimlərinə BTA-nın vitse-prezidenti Füzuli Məcidli təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts