Yunanıstan sahillərində mühacirləri daşıyan qayığın batması nəticəsində 32 nəfər ölüb

Tokio, 14 iyun , /AJMEDIA/

Yunanıstanın Peloponnes yarımadasında yerləşən Pilos şəhəri sahillərində qeyri-leqal mühacirləri daşıyan balıqçı qayığı batıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, beynəlxalq sularda baş verən qəza nəticəsində azı 32 nəfər ölüb, 100-dən çox insan isə xilas edilib. Xilas edilən insanlar Kalamata limanına aparılıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Mühacirləri Liviyadan İtaliyaya aparan qayıqda qəza zamanı neçə nəfərin olduğu dəqiq bilinmir. Bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.
Bu gün səhər saatlarında Krit adası sahillərində də 80 mühacirin xilas edildiyi barədə məlumatlar yayılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts