Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1 milyonu ötüb

Tokio, 22 may , /AJMEDIA/

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.

AJMEDIA-nın məlumatına görə, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 milyonu keçib. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.

Qeyd edək ki, mayın 14-də Türkiyədə keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib səs çoxluğu ilə müəyyənləşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts