Volodimir Zelenski: Yaxın vaxtlarda Ukrayna-NATO Şurasının taxıl sazişinə dair iclası keçiriləcək

Tokio, 23 iyul , /AJMEDIA/

Yaxın günlərdə Ukrayna-NATO Şurasının Rusiyanın taxıl sazişindən çıxmasından sonrakı vəziyyətə həsr olunmuş iclası keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalı vasitəsilə etdiyi videomüraciətində bildirib.
“Mən Yens Stoltenbergə böhranla bağlı müvafiq məsləhətləşmələr üçün dərhal bu Şuranın çağırılması təklifi ilə müraciət etdim. Bu görüş yaxın günlərin birində baş tutacaq. Biz Qara dənizdə təhlükəsizlik böhranının öhdəsindən gələ bilərik”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Xatırladaq ki, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna-NATO Şurası yaradılıb, ilk iclasda Zelenski iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts