Volodimir Zelenski Xersona gedib

Tokio, 8 iyun , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə işgüzar səfər edərək Kaxovka Su Elektrik Stansiyasının bəndində partlayışın nəticələrinin aradan qaldırılması üzrə koordinasiya müşavirəsi keçirib.
AJMEDIA Ukrayna Prezidenti Ofisinə istinadla xəbər verir ki, iclasda Zelenski bölgədəki mövcud vəziyyətə dair hesabatları dinləyib.
“Çox mühüm məsələlər var, bunlar vilayətdə yaranmış operativ vəziyyət, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin partlaması nəticəsində yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması, su basmış ərazilərdə həyat təminatının təşkili, həmçinin, regionun ekosisteminin yenilənməsi perspektivləridir”, – deyə Zelenski iclasda bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, itkilərin hesablanması və fəlakətdən zərər çəkmiş sakinlərə kompensasiya üçün vəsait ayrılması, dəymiş zərərin ödənilməsi və ya Xerson daxilində müəssisələrin köçürülməsi proqramının hazırlanması vacibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts