Volodimir Zelenski: Odessaya raket zərbələrinə görə mütləq cavab veriləcək

Tokio, 23 iyul , /AJMEDIA/

Rus terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
“Rus şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər uduzacaq. Odessa üçün rus terrorçularına mütləq cavab olacaq. Onlar bu cavabı hiss edəcəklər”, – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, hazırda düşmənin gecə hücumu nəticəsində zərərçəkənlərin hamısına lazımi yardım göstərilir.
Qeyd edək ki, Rusiya “taxıl sazişin”dən çıxdıqdan sonra son bir neçə gündür Ukraynanın cənubu, xüsusilə Odessa şəhəri gecə raket və dronla vurulur.
İyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib.
Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, səhər saatlarına olan məlumata görə, raket atışı nəticəsində 1 nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Bu hücum zamanı Odessanın dini və tarixi abidəsi də dağılıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts