Volodimir Zelenski Londonda Rişi Sunakla görüşəcək

Tokio, 15 may , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşərək danışıqlar aparacaq.
AJMEDIA xəbər verir ki, Ukrayna Prezidenti bu barədə özünün teleqram kanalında yazıb.
“Bu gün Londondayam. Yerdə və havada imkanlarımızın genişləndirilməsi sahəsində Böyük Britaniya liderdir. Bu gün əməkdaşlığımız davam edəcək. Mən dostum Rişi Sunakla görüşəcəyəm”, – deyə Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, danışıqlar həm təkbətək, həm də nümayəndə heyətləri formatında keçiriləcək.
Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak isə öz növbəsində mayın 15-də Londonda vacib görüşlərin keçiriləcəyini, Ukraynanın müdafiəsinin gücləndirilməsi və Kiyevin NATO-da dəstəyinin artırılması istiqamətində işlərin aparıldığını deyib.
Mayın 14-də Ukrayna Prezidenti Parisə səfəri çərçivəsində fransalı həmkarı ilə danışıqlar aparıb. Nəticədə Paris Ukrayna Silahlı Qüvvələrinin bir neçə taboruna təlim keçməyi, onları müvafiq zirehli texnika və yüngül tanklarla təchiz etməyi öhdəsinə götürüb.
Bundan öncə isə Prezident Volodimir Zelenski Berlində Almaniya Kansleri Olaf Şoltsla Kiyevə hərbi yardımın artırılması məsələsini müzakirə edib.
Şənbə günü Roma və Vatikanda səfərdə olan Ukraynanın dövlət başçısı İtaliyanın Baş naziri Corca Meloni və Roma Papası Fransisklə görüşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts