Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə səfər edə bilər

Tokio, 31 may , /AJMEDIA/

Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə rəsmi səfər edə bilər.
AJMEDIA xəbər verir ki, bu barədə TASS agentliyinə Ankaradakı mənbədən bildiriblər.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya və Türkiyə prezidentləri bir neçə gün əvvəlki telefon danışığı zamanı yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
“Görüşün harada və nə vaxt keçiriləcəyi prezidentlərin iş qrafikinə uyğun razılaşdırılır. Biz belə görüşə hazırlaşırıq”, – deyə D.Peskov qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts