“Valensiya” futbol klubu irqçi təhqirlərə görə 45 min avro cərimələnib

Tokio, 24 may , /AJMEDIA/

İspaniya Kral Futbol Federasiyasının (RFEF) Rəqabət Komitəsi “Valensiya” klubunu azarkeşlər tərəfindən “Real Madrid”in braziliyalı futbolçusu Vinisiusa qarşı irqçi təhqirlərə görə 45 min avro cərimələyib.

AJMEDIA məlumatına görə, bu barədə “RFEF”in mətbuat xidməti bildirib.

Komitə, həmçinin “Valensiya”ya qarşı “Mestalya” stadionunun cənub tribunasını bağlamaq şəklində sanksiyalar tətbiq edib və Vinisiusun qırmızı vərəqəsini ləğv edib.

Mayın 21-də “Real” səfərdə “Valensiya”ya 0:1 hesabı ilə uduzub. Oyundan əvvəl və matç zamanı azarkeşlər Vinisiusun ünvanına irqçi təhqirlər səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts