Tokio, 22 avqust , /AJMEDIA/
Ukrayna ABŞ-dan “F-16” qırıcıları üçün “JASSM” qanadlı raketləri almağa çalışır. Ukrayna hökumətinin fikrincə, bu silahlar Krımı geri almaq üçün Kiyevə kömək edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə “Forbes”in köşə yazarı Devid Eks bildirib.
Onun sözlərinə görə, “F-16″lara hələ ki, “Storm Shadow” və ya “SCALP” raketləri birləşdirmək mümkün deyil. Ancaq “JASSM”dan istifadə edilə bilər.
Jurnalist qeyd edib ki, bu, Ukrayna Hərbi Hava Qüvvələrinin gücünü ikiqat artıracaq.
O əlavə edib ki, bu hava-yer raketi Ukrayna üçün son dərəcə arzuolunandır.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Niderland ilə 42 “F-16” qırıcısının təhvil verilməsi ilə bağlı razılığa gəlib.