UEFA Avropa Liqasının qrup mərhələsinin III turuna yekun vurulub

Tokio, 22 Oktyabr, /AJMEDIA/

UEFA Avropa Liqasının qrup mərhələsinin III turuna yekun vurulub.

AJMEDIA xəbər verir ki, D qrupunda Türkiyə təmsilçisi “Fənərbağça” klubu doğma azarkeşlər önündə Belçikanın “Antverpeni” komandasını qəbul edib.

Görüş 2:2 hesablı heç-heçə başa çatıb.

Oyunda ilk qolu 3-cü dəqiqədə qonaqların hücumçusu Mbavana Samatta vurub. İyirmi bir və 45-ci dəqiqələrdə fərqlənən Enner Valensiya İstanbul təmsilçisini önə keçirib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Piter Gerkens qoyub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu İtaliyada “Napoli” komandasına 3:0 hesabı ilə məğlub olub.

Matça ehtiyatda başlayan 24 yaşlı forvard 71-ci dəqiqədə Ernest Muçinin əvəzinə meydana daxil olub. Qonaqlar məğlubiyyətə baxmayaraq, ilk pillədəki mövqeyini qoruyub.

Türkiyənin turnirdəki digər təmsilçisi “Qalatasaray” isə E qrupunda Rusiyada “Lokomotiv” komandası ilə üz-üzə gəlib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 82-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Bununla da xallarını 7-yə çatdıran “sarı-qırmızılılar” ilk pillədə qalıb. Meydan sahibləri isə 1 xalla sonuncudur.

Gecənin bütün görüşləri aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Qlazqo Reyncers” (Şotlandiya) – “Bröndbü” (Danimarka) – 2:0;

“Sparta Praqa” (Çexiya) – “Lion” (Fransa) – 2:4.

Qrupdakı vəziyyət: “Lion” – 9, “Sparta Praqa” – 4, “Qlazqo Reyncers” – 3, “Bröndbü” – 1.

B qrupu

PSV (Eyndhoven, Niderland) – “Monako” (Fransa) – 1:2;

“Şturm” (Qrats, Avstriya) – “Real Sosyedad” (İspaniya) – 0:1.

Qrupdakı vəziyyət: “Monako” – 7, “Real Sosyedad” – 5, PSV – 4, “Şturm” – 0.

C qrupu

“Napoli” (İtaliya) – “Legiya” (Polşa) – 3:0;

“Spartak” (Moskva, Rusiya) – “Lester Siti” (İngiltərə) – 3:4.

Qrupdakı vəziyyət: “Legiya” – 6, “Lester Siti” – 4, “Napoli” – 4, “Spartak” – 3.

D qrupu

“Fənərbağça” (Türkiyə) – “Antverpen” (Belçika) – 2:2;

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Olimpiakos” (Yunanıstan) – 3:1.

Qrupdakı vəziyyət: “Ayntraxt” – 7, “Olimpiakos” – 6, “Fənərbağça” – 2, “Antverpen” – 1.

E qrupu

“Latsio” (İtaliya) – “Marsel” (Fransa) – 0:0;

“Lokomotiv” (Moskva, Rusiya) – “Qalatasaray” (Türkiyə) – 0:1.

Qrupdakı vəziyyət: “Qalatasaray” – 7, “Marsel” – 4, “Latsio” – 4, “Lokomotiv” – 2.

F qrupu

“Midtüllan” (Danimarka) – “Srvena Zvezda” (Belqrad, Serbiya) – 1:1;

“Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Braqa” (Portuqaliya) – 0:1.

Qrupdakı vəziyyət: “Srvena Zvezda” – 7, “Braqa” – 6, “Midtüllan” – 2, “Lüdoqorets” – 1.

G qrupu

“Betis” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya) – 1:1;

“Seltik” (Şotlandiya) – “Ferentsvaroş” (Macarıstan) – 2:0.

Qrupdakı vəziyyət: “Bayer Leverkuzen” – 7, “Betis” – 7, “Seltik” – 3, “Ferentsvaroş” – 0.

H qrupu

“Rapid” (Vyana, Avstriya) – “Dinamo Zaqreb (Xorvatiya) – 2:1;

“Vest Hem” (İngiltərə) – “Genk” (Belçika) – 3:0.

Qrupdakı vəziyyət: “Vest Hem” – 9, “Dinamo Zaqreb” – 3, “Genk” – 3, “Rapid” – 3.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts