Türkiyənin müxalifət partiyasından kütləvi istefalar başlayıb

Tokio, 13 may , /AJMEDIA/

Türkiyənin müxalifət Memleket Partiyasının sədri Muharrem İncənin prezident namizədliyindən çəkilməsindən sonra partiyada kütləvi istefalar başlayıb.

AJMEDIA-nın məlumatına görə, istefa edən partiya üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AK Parti) dəstəkləyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də CHP və terror təşkilatlarının onun haqqında şantaj xarakterli görüntüləri yayması səbəbilə prezidentliyə namizədliyindən geri çəkildiyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts