Türkiyədə seçkilərdə təxribat xarakterli xəbərlərin yayılmasına görə 5 nəfər saxlanılıb

Tokio, 28 may , /AJMEDIA/

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə ölkədə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı təxribat xarakterli mesajların yayılmasına görə 5 nəfəri saxlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Onlar sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turunda səsvermənin gedişi ilə bağlı ictimaiyyətdə yanlış və qeyri-real təsəvvür yarada biləcək təxribat və manipulyasiya xarakterli mesajlar yaymaqla ictimai asayişi pozmağa cəhddə ittiham olunurlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts