Türkiyədə raket və partlayıcı maddələr zavodunda partlayış nəticəsində beş nəfər həlak olub

Tokio, 10 iyun , /AJMEDIA/

Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında partlayış nəticəsində beş nəfərin həlak olduğu qeyd edilib.
Partlayışın yanğın nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda partlayışla bağlı təhqiqat aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts