Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb

Tokio, 14 may , /AJMEDIA/

Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərində səsvermə başa çatıb.
AJMEDIA xəbər verir ki, Türkiyə ərazisindəki məntəqələrdə 60 milyon 697 min 843 seçicinin səs vermək hüququ olub. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən seçkidə Rəcəb Tayyib Ərdoğan 52,6 faiz səslə qalib gəlmişdi.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts