Türkiyədə minimum əməkhaqqı yarım ildə ikinci dəfə artırılıb

Tokio, 20 iyun , /AJMEDIA/

Türkiyədə minimum əməkhaqqı yarım il ərzində ikinci dəfə artırılıb. Sonuncu dəfə ötən ilin dekabrında 55 faiz artım olmuşdu.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan minimum əməkhaqqının 2023-cü il iyulun 1-dən 34 faiz artaraq 11 min 402 lirəyə (483 dollar) yüksələcəyini bildirib.
Mövzu ilə bağlı sosial mediada paylaşım edən Prezident Rəcəb Tayyib Ərdoğan başda işçi və işəgötürənlər olmaqla, minimum əməkhaqqının müəyyən edilməsində konsensus mədəniyyəti göstərərək əməyi keçən bütün tərəflərə türk milləti adından təşəkkür edib.
Ötən ay Türkiyədə istehlak qiymətlərinin artım tempi illik ifadədə 39,6 faiz zəifləyib ki, bu da 2021-ci ilin dekabr ayından bəri ən aşağı göstəricidir. 2022-ci ilin oktyabrında ölkədə 85,5 faizlik inflyasiya qeydə alınmışdı.
Xatırladaq ki, may ayında yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğan əvvəllər “First Republic Bank” və “Goldman Sachs Group Inc” banklarında rəhbər vəzifələr tutan Hafize Gaye Erkanı Türkiyə Mərkəzi Bankının sədri təyin edib. İyunun 22-də onun rəhbərliyi ilə tənzimləyicinin ilk iclası keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts