Türkiyə Prezidenti ilə İsveçin Baş naziri arasında telefon danışığı olub

Tokio, 2 fevral , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.

AJMEDIA xəbər verir ki, danışıq zamanı İsveçin NATO-ya üzvlük prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan NATO-ya üzv olduqdan sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.

Ərdoğan iki ölkənin Təhlükəsizlik sahəsi üzrə Əməkdaşlıq Mexanizmini işə salmasının zəruriliyini və İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstək verməsinin vacibliyini vurğulayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts