Türkiyə ordusunun iki hərbçisi şəhid olub

Tokio, 11 iyun , /AJMEDIA/

İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, iyunun 11-də separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilit” əməliyyatı bölgəsinə yerləşdirdiyi əldəqayırma partlayıcının partlaması nəticəsində çavuş Cem Ahmet Kaya və Xəlil Şahin yaralanıb və dərhal xəstəxanaya çatdırılıblar. Müalicə olunduqları xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Nazirlik hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts