Türkiyə ordusu Suriyanın şimalında daha beş terrorçunu məhv edib

Tokio, 12 iyun , /AJMEDIA/

Türkiyə ordusu Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı zonasında beş YPG (PKK qruplaşmasının Suriya qanadı) terrorçusunu məhv edib və bununla da son bir sutkada öldürülən silahlıların ümumi sayı 12 nəfərə çatıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat “Cibrin” hərbi bazası və “Öncüpınar” polis postunun atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Türkiyə ordusunun fəaliyyəti özünümüdafiə hüququna əsaslanır və əməliyyatlar hazırda da davam edir.
Qeyd edək ki, iyunun 11-də Suriyanın şimalında YPG terror təşkilatının rəhbər vəzifələr tutan iki üzvü də daxil olmaqla yeddi terrorçu öldürülmüşdü.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts