“Turkish Airlines” şirkətinin sərnişinləri uçuş zamanı mesencerlərdən istifadə edə bilərlər

Tokio, 10 aprel , /AJMEDIA/

Türkiyənin milli daşıyıcısı olan “Turkish Airlines” bildirir ki, sərnişinlər şirkətin beynəlxalq reyslərində “WhatsApp”, “Messenger”, “iMessage” və digər mesencerlərdən məhdudiyyətsiz istifadə edə bilərlər.
AJMEDIA xəbər verir ki, bu xidmət aprel ayından “Miles & Smiles” proqramının bütün iştirakçıları üçün əlçatan olacaq, “Classic Plus”, “Elite” və “Elite Plus” statusu olan iştirakçılar isə pulsuz geniş internet paketləri əldə edəcəklər.
Mesencerlərdəki limitsiz trafik əvvəlcə “Turk Telekom”un internetə çıxış təqdim etdiyi təyyarələrdə, sonra isə “Turkish Airlines”ın internetə qoşulmuş bütün təyyarələrində fəaliyyət göstərəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts