Tikinti kranı aşdı: Azı 17 nəfər ÖLDÜ

Tokio, 1 avqust , /AJMEDIA/

Hindistanın Maharaştra ştatında tikinti kranı aşıb.

AJMEDIA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər ölüb, 3 nəfər yaralanıb.

Dağıntılar altında daha beş nəfərin qaldığı bildirilir.

Məlumata görə, hadisə Mumbaydan 80 km aralıda, Thane rayonunda avtomobil yolunun tikintisi zamanı baş verib.

Belə ki, kran estakadanın üzərinə çökərək beton konstruksiyanın bir hissəsini dağıdıb.

Bildirilib ki, hadisə zamanı zərərçəkənlərin hamısı estakadanın tikintisində işləyib.

Hindistanın Baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib.

Onun sözlərinə görə, hökumət zərərçəkənlərə birdəfəlik maddi yardım göstərəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts