Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Tokio, 5 aprel , /AJMEDIA/

Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb.

AJMEDIA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd edilib.

Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.

Qeyd edək ki, aprelin 3-də yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts