Şuşaya Azərbaycanın digər regionlarından da turlar təşkil olunacaq

Tokio, 18 iyul , /AJMEDIA/

Həftədə bir dəfə Şuşaya 2-3 günlük turist səfərləri təşkil olunur. Hazırda azad olunmuş ərazilərdə turistlərin yerləşməsi üçün infrastruktur yalnız Şuşada var. Digər şəhərlərdə infrastruktur hazır olduqdan sonra ora da turlar təşkil olunacaq. Gələcəkdə təkcə Bakıdan deyil, Azərbaycanın digər regionlarından da Qarabağa turlar təşkil olunacaq.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.
K.Quluzadə qeyd edib ki, Şuşa yolu üzrə mövcud kənd və yaşayış məntəqələrinin daha çox turizm istiqamətində inkişaf etdirilməsi nəzərdə tutulub.
“İşğaldan azad olunmuş ərazilərdə hazırda bizim məşğul olduğumuz digər istiqamət Daşaltıdır. Şuşaya səfər edən qonaqlar Daşaltıda yerləşdiriləcək. Suqovuşanda isə tikinti layihəsi yekunlaşmaq üzrədir. Bura da turizm məkanı olacaq. Suqovuşan və Naftalan tandemdə çıxış edəcək. Naftalana səfər edən qonaqlar səfərin davamı olaraq Suqovuşana yollanacaqlar. Artıq layihə bitmək üzrədir. Yaxın aylarda bu turizm layihəsi təhvil veriləcək”, – deyə K.Quluzadə vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts