Suriya üzrə Astana prosesi rəsmən başa çatıb

Tokio, 21 iyun , /AJMEDIA/

Suriya üzrə Astana prosesi rəsmi olaraq başa çatıb. Suriyanın tədricən regionda izolyasiyadan çıxması Astana prosesinin üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəldiyinin işarəsi hesab edilə bilər.
AJMEDIA Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Kanat Tumış bildirib.
“Suriyanın ərəb dövlətləri ailəsinə qayıdışını nəzərə alaraq, Astana prosesi çərçivəsində Suriya üzrə 20-ci iclası sonuncu olmasını rəsmın elan etməyi təklif edirik”, – deyə Kanat Tumış vurğulayıb.
Astanada çərşənbə günü Astana formatında Suriya üzrə 20-ci beynəlxalq görüş keçirilib. Danışıqlarda qarant ölkələr olan Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, Suriya hökumətinin və müxalifətinin nümayəndələri, eləcə də müşahidəçilər iştirak ediblər. Gündəliyə Suriya ətrafında regional vəziyyətin dəyişməsi, ərəb ölkəsində kompleks tənzimləmə üzrə səylər, terrorizm ilə mübarizə məsələləri, etimad tədbirləri, o cümlədən əsirlərin azad edilməsi və itkin düşmüş insanların axtarışı, humanitar vəziyyət, ölkənin münaqişədən sonrakı bərpasına yardım məqsədilə beynəlxalq birliyin səylərinin səfərbər olunması və suriyalı qaçqınların vətənə qayıtması üçün şəraitin yaradılması daxil idi.
Görüşün nəticələrinə əsasən İran, Rusiya və Türkiyə nümayəndələri birgə bəyanatla çıxış ediblər. Tərəflər Suriya üzrə 21-ci beynəlxalq görüşün 2023-cü ilin ikinci yarısında Rusiya Federasiyasında keçirilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Suriyada vəziyyətin tənzimlənməsi üzrə beynəlxalq görüşlər Astanada 2017-ci ildən başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts